Türkiyə səfirliyi Xocalı faciəsinin ildönümü ilə bağlı paylaşım etdi

 11:48 26.02.2022     434

“Azərbaycanlı bacı-qardaşlarımızın Xocalıda qarşılaşdıqları ağrı-acını dərindən hiss edirik”.

Redaktor.az xəbər verir ki,  bu barədə Türkiyə səfirliyinin Xocalı faciəsinin 30-cu ildönümü ilə bağlı "Twitter" hesabındakı paylaşımında bildirilib.

“30 il əvvəl Azərbaycanın Xocalı şəhərinə erməni silahlı dəstələrinin hücumu nəticəsində şəhid olanların əziz xatirəsini hörmətlə yad edir, onlara Allahdan rəhmət diləyirik. Azərbaycanlı bacı-qardaşlarımızın Xocalıda qarşılaşdıqları ağrı-acını dərindən hiss edirik”, - paylaşımda deyilib.

 

Vumart və Güvən reklamı Vumart Güvən