Zelenski Azərbaycana təşəkkür etdi - VİDEO - YENİLƏNİB

 22:00 26.02.2022     1166

Azərbaycan Prezidenti İlham Əliyevlə Ukrayna dövlət başçısı Volodimir Zelenski arasında telefon danışığı olub.

Redaktor.az xəbər verir ki, bu barədə Zelenski Tvitter hesabında paylaşım edib.

“Beynəlxalq tərəfdaşlarımızla danışıqlara davam edirəm. Azərbaycan Prezidenti İlham Əliyevlə danışdım. Təmin olunan humanitar yardım və dərman vasitələrini yüksək qiymətləndiririk. Dəstəyiniz üçün təşəkkür edirik”, - o bildirib.

O, Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığının bəzi detallarını da açıqlayıb.

V.Zelenski bildirib ki, İlham Əliyev və Ərdoğan onunla telefon danışığı zamanı Rusiya ilə danışıqları təşkil etməyə hazır olduqlarını deyiblər.

 

2
Vumart və Güvən reklamı Vumart Güvən