Rumıniyadan 300-dən artıq vətəndaşımız Azərbaycana gətiriləcək

 16:26 27.02.2022     315

Ukraynadakı vəziyyətlə əlaqədar, ölkəni tərk edərək qonşu dövlətlərə daxil olan Azərbaycan vətəndaşlarının təxliyəsini həyata keçirmək üçün bu ilin 28 fevral tarixində Azərbaycan dövləti tərəfindən iki çarter reysinin təşkil edilməsi nəzərdə tutulub.

Redaktor.az bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Rumıniya ərazisindən reallaşdırılacaq çarter reyslərindən birincisi ilə Türkiyənin "Tailwind" şirkəti vasitəsilə 168 Azərbaycan vətəndaşının, Azərbaycan Hava Yolları ilə həyata keçiriləcək növbəti çarter reysi ilə isə 174 vətəndaşımızın Azərbaycana gətirilməsi planlaşdırılır.

Vumart və Güvən reklamı Vumart Güvən