Türkiyə səfirindən Nuru Paşa ilə bağlı paylaşım - FOTO
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Qafqaz İslam Ordusunun Baş Komandanı Nuru Paşa ilə bağlı paylaşım edib.
Redaktor.az-ın məlumatına görə, səfir tviterdə yazıb:
“Qafqaz İslam Ordusunun Müzəffər Baş Komandanı, Bakının fatehi Nuru Paşanı vəfatının ildönümündə hörmət və ehtiramla anıram. Ruhu şad, məkanı cənnət olsun!”













