Tacikistan parlamentinin sədri Azərbaycana gəldi
Bu gün Tacikistan Ali Məclisi Milli Məclisinin sədri Rustami Emomoli Azərbaycana rəsmi səfərə gəlib.
Redaktor.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında Rustami Emomolinin başçılıq etdiyi Tacikistan parlament nümayəndə heyətini Milli Məclisin sədr müavini Adil Əliyev, Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Aydın Mirzəzadə, Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov, Tacikistanın ölkəmizdəki səfiri Rustam Soli və digər rəsmi şəxslər qarşılayıblar.
Rəsmi səfər martın 4-də başa çatacaq.













