"Müdafiə Nazirliyində oturan “div”ləri aradan qaldırmaq lazımdır" - Deputat

 23:26 04.03.2022     2139

"Biz Qarabağdakı yarımçıq işlərimizi yekunlaşdırmaq, oranı bəzi ünsürlərdən təmizləmək üçün ilk növbədə Müdafiə Nazirliyini təmizləməliyik". 

Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, deputat Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında deyib.

Millət vəkili Müdafiə Nazirliyində aparılan yoxlamaların davam etdirilməsinin vacibliyini qeyd edib:  

"Nizami adlı general 80 milyon pul yeyib. Biz bu məsələyə elə yanaşmalıyıq ki, Ordumuzun güclənməsinə, haqsızlıqla üzləşən əsgərlərimizin haqqının bərpasına nail olaq. Bu tək hansısa məmurun etdiyi qanunsuzluqlar deyil. Orada "div"lərin mənimsəmələri var. Orada oturan “div”ləri aradan qaldırmaq lazımdır. Bütün bunları dərindən araşdırılmalı, tədbir görülməlidir".

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyatla saxlanılıb. Bakı Hərbi Məhkəməsinin qərarı ilə N.Məmmədov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

İlkin məlumata görə, Nizami Məmmədov 80 milyon manat mənimsəmədə təqsirləndirilir.

 

Vumart və Güvən reklamı Vumart Güvən