"Durum ciddi narahatlıq yaradır" - Ceyhun Bayramov

 14:44 05.03.2022     316

“Ukraynadakı durum ciddi narahatlıq yaradır. İtkilərin sayı durmadan artır. Azərbaycan və Türkiyə burada çox məsuliyyətli mövqe sərgiləyir”.

Redaktor.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

“Məsələnin dialoq və sülh yolu ilə həlli istiqamətindəki çağırışlar da buna nümunədir. Biz ümid edirik ki, tərəflər arasındakı danışıqların davam etdirilməsi vacibdir”, - nazir vurğulayıb.

Vumart və Güvən reklamı Vumart Güvən