“Azərbaycanla sülh müqaviləsinin imzalanması hökumətin gündəliyindədir" - Ermənistan XİN

 13:50 07.03.2022     456

"Azərbaycanla sülh müqaviləsinin imzalanması hökumətin gündəliyində dayanan prioritet məsələlərdən biridir”.

Redaktor.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan deyib.

“Biz Ermənistan və bütün region üçün dinc inkişaf dövrünün başlanması strategiyasını qəbul etmişik. Bu istiqamətdə addımlar atmağa hazırıq. Digər tərəfdən, regional kommunikasiyaların açılması da hökumətin prioritet istiqamətlərdən biridir. Bu istiqamətdə də müxtəlif işlər görülür”, - o bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən