“Türkiyənin bu prosesə töhfə verməsi bizi də sevindirir” - Hikmət Hacıyev

 18:58 11.03.2022     1413

“İlk növbədə onu qeyd etmək istərdim ki, Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən Ukraynada sülhün təmin olunması və müharibənin dayandırılması istiqamətində səylər davam etdirilir”.

Redaktor.az xəbər verir ki, bunu REAL TV-yə müsahibəsində Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

“Rusiya və Ukrayna arasında keçirilmiş görüşə Türkiyənin ev sahibliyi etməsi və Türkiyənin bu prosesə töhfə verməsi bizi də sevindirir”, - H. Hacıyev qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən