"İrandakı mərkəzlər Azərbaycanın daxili işlərinə qarışmasalar, bir problem çıxmaz" - Elxan Şahinoğlu

 23:35 11.03.2022     1019

Xəbər verdiyimiz kimi, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının bu gün Bakıda keçirilən 15-ci iclası çərçivəsində Azərbaycan Hökuməti ilə İran Hökuməti arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.

Memorandumun məqsədi Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran ərazisindən keçməklə Naxçıvan MR arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasından ibarətdir.

Ümumiyyətlə, bu memorandumla Azərbaycan nə demək istədi? Azərbaycanın Ermənistanla da Naxçıvana kommunikasiya xətlərinin açılması barədə razılaşması olduğu halda bu memoranduma ehityac nədən yarandı? 

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun fikrincə, Azərbaycan bu addımı atmaqla Ermənistana və Rusiyaya mesaj yolladı ki, Qərbi Zəngəzur dəhlizi ilə bağlı qərarı yubatdıqlarına görə rəsmi Bakı alternativ variantdan istifadə edəcək. 

"Bu variant İran üçün də faydalıdır, bölgədə rolu artacaq, əlavə gəlir əldə edəcək. Bizim üçün də o mənada faydalı ola bilər ki, həm Ermənistanı yenə oyundankənar vəziyyətdə qoyarıq, həm də İranla iqtisadi əlaqələri gücləndirərik. Ancaq alternativ yolun sual yaradan tərəfi də var. Bu gün Tehranla Bakı arasında münasibətlərdə dialoq və əməkdaşlıq artıb, bəs bir müddət sonra keçmişdə olduğu kimi iki dövlət arasında gərginlik yaranarsa bu yolun taleyi necə olacaq? İrandakı mərkəzlər Azərbaycanın daxili işlərinə və qərarlarına qarışmasalar bir problem çıxmaz və kommunikasiya xətlərinin birgə istifadəsi hər iki tərəf üçün faydalı olar.

Bu variant İran üçün də faydalıdır, bölgədə rolu artacaq, əlavə gəlir əldə edəcək. Bizim üçün də o mənada faydalı ola bilər ki, həm Ermənistanı yenə oyundankənar vəziyyətdə qoyarıq, həm də İranla iqtisadi əlaqələri gücləndirərik. Ancaq alternativ yolun sual yaradan tərəfi də var. Bu gün Tehranla Bakı arasında münasibətlərdə dialoq və əməkdaşlıq artıb, bəs bir müddət sonra keçmişdə olduğu kimi iki dövlət arasında gərginlik yaranarsa bu yolun taleyi necə olacaq? İrandakı mərkəzlər Azərbaycanın daxili işlərinə və qərarlarına qarışmasalar bir problem çıxmaz və kommunikasiya xətlərinin birgə istifadəsi hər iki tərəf üçün faydalı olar",- politoloq qeyd etdi.

İLTİFAT

Vumart və Güvən reklamı Vumart Güvən