"Ukraynadakı vəziyyətlə bağlı hökumət əlavə tədbir görməlidir" - Əli Məsimli

 16:15 15.03.2022     573

"Ukrayna ətrafında baş verən hadisələr Azərbaycana iqtisadi təsirini göstərəcək".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsində deyib.

"Bu münaqişə qida zəncirinin bütün həlqələrində böyük qırılmalar yaradacaq. Bu problemləri qısa müddətdə aradan qaldırmaq lazımdır. Bu və digər məsələlərlə bağlı hökumətin əlavə tədbirlər görməsinə ehtiyac var", - deyə o qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən