“Baş nazirin komandası dövlətə bizdən də sədaqətlidir” - Fəzail Ağamalı

 16:50 15.03.2022     585

“Sual edirəm ki, bizim hansımız bu millətə, dövlətə cənab Prezident qədər can yandırırıq? Təbii ki, heç birimiz”.

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.

“Baş nazirin komandası da dövlətə, millətə bəlkə bizdən də sədaqətli bir komandadır. Ötən il azad edilmiş ərazilərimizdə aparılan işlərə də diqqət yetirməmək ədalətsizlik olar. Yaşayış məntəqələrinin su təminatı, Zəngilanda “ağıllı kənd” və digər layihələrin həyata keçirilməsi Prezidentin və dövlətin gücünü açıq şəkildə göstərir. Biznes və investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı tədbirlər hesabat ilində də davam etdirilib”, - deputat vurğulayıb.

Vumart və Güvən reklamı Vumart Güvən