“Bütün problemləri birdən-birə həll etmək mümkün deyil” - Baş nazir

 16:58 15.03.2022     704

“Bu gün hökumətin Milli Məclis qarşısında hesabat verməsindən qürur hissi duyuruq”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov deyib.

Baş nazir bildirib ki, bu, bizlərə daha vacibdir: “Millət vəkilləri öz seçicilərinin, xalqımızın adından öz fikirlərini səsləndirirlər. Çıxışlarda təriflər də, tənqidlər də oldu. Ancaq əsas məqam ondan ibarətdir ki, Milli Məclisin və hökumətin amalı birdir”.

Baş nazir qeyd edib ki, bütün problemləri birdən-birə həll etmək mümkün deyil:

“Hər il yeni ilin büdcəsi qəbul ediləndən sonra məsələlər qaldırılır. Büdcənin icrası bizim müqəddəs vəzifəmizdir. Həyatda insanların tələbatlarına uyğun olaraq yeni xərclər formalaşır. Bu istiqamətdə bütün mümkün olan məsələlərə baxılacaq və lazım olan tədbirlər görüləcək”.

Vumart və Güvən reklamı Vumart Güvən