Azərbaycan səfiri İran parlamentinin erməniəsilli deputatlarına cavab verdi

 17:36 22.03.2022     567

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Şuşa məscidində və təmas xəttində verilən Azan sədasının Xankəndində eşidilməsinə İran parlamentinin 2 erməniəsilli deputatının etiraz etməsinə münasibət bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə səfir tviter hesabında paylaşım edib.

“Şuşa məscidində və təmas xəttində verilən Azan sədasının Xankəndində eşidilməsindən İran parlamentinin 2 erməniəsilli deputatı narahat olub və bunu psixoloji təzyiq adlandırıblar.

Ümid edirəm, din alimləri Azanın müqəddəsliyini və Xankəndinin kimə aid olduğunu onlara başa salar”, - səfir yazıb. 

Vumart və Güvən reklamı Vumart Güvən