Ərdoğan Şuşa Bəyannaməsi barədə qərar İMZALADI
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin təsdiq edilməsi barədə qərar imzalayıb.
Redaktor.az-ın xəbərinə görə, dövlət başçısının qərarı Türkiyənin "Rəsmi Qəzet"inin 23 mart sayında dərc edilib.
Bununla da Şuşa Bəyannaməsi Türkiyədə qüvvəyə minib.
Xatırladaq ki, Şuşa Bəyannaməsi 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanıb. Sənədi Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan imzalayıb.












