Rəsmi Moskva Qarabağdakı hadisələrlə bağlı açıqlama YAYDI

 22:18 26.03.2022     2077

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Qarabağda baş verən son hadisələrlə bağlı açıqlama verib.

Redaktor.az xəbər verir ki, Rusiya XİN vəziyyətlə bağlı tərəflərə təmasların davam etdiyini bəyan edib.

“Moskva Qarabağda deeskalasiya üçün tədbirlər görür. Hər iki tərəflə əlaqədədir”– deyə Rusiya XİN-dən bildirilib.

“Sülhməramlıların xətti ilə regionda gərginliyin aşağı salınması üçün zəruri tədbilər görülür. Moskva Qarabağda gərginliyin artmasından narahatdır. Münaqişə tərəflərini Üçtərəfli Bəyanata əməl etməyə çağırır”, - deyə açıqlamada deyilir.

Vumart və Güvən reklamı Vumart Güvən