Ermənistan dərhal Azərbaycanla sülh danışıqlarına başlamağı TƏKLİF ETDİ
Ermənistanda Təhülkəsizlik Şurasının iclası keçirilib.
Redaktor.az xəbər verir ki, “Sputnik Armenia”nın məlumatına görə, iclasda Baş nazir Nikol Paşinyan və Prezident Vaaqn Xaçaturyan iştirak ediblər.
Toplantıda rəsmi İrəvan Bakını hərtərəfli sülh sazişi üzrə danışıqlara dərhal başlamağa dəvət edib.












