“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına ümid edirik”

 12:20 29.03.2022     620

"Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına ümid edir".

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko MDB-nin üzvü olan dövlətlərin Parlamentlərarası Assambleyasının Şurasının iclasında deyib.

O, Azərbaycan parlamentinin sədri Sahibə Qafarova və Ermənistan parlamentinin sədri Alyona Simonyanın mümkün sülh müqaviləsi ilə bağlı fikirlərini şərh edərkən bildirib: “Çox ümid edirik ki, bu vəziyyətə sülh müqaviləsi ilə yekun vurulacaq”.

Vumart və Güvən reklamı Vumart Güvən