Britaniyalı hərbi nazir Şəhidlər Xiyabanında - FOTO

 19:04 30.03.2022     6381

Azərbaycanda səfərdə olan Böyük Britaniyanın Silahlı Qüvvələr naziri Ceyms Heppi bu gün Şəhidlər xiyabanını ziyarət edib.

Redaktor.az xəbər verir ki, bu barədə Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp "Twitter"də bildirib.

Ceyms Heppi 20 Yanvar şəhidlərinin məzarları önünə qərənfil düzüb, şəhidlərin xatirəsini ehtiramla anıb.

“O şəhidlər Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda ediblər", - britaniyalı diplomat qeyd edib.

2
Vumart və Güvən reklamı Vumart Güvən