Ermənistan Azərbaycanın təklifinə cavab verdi

 13:23 31.03.2022     352

“Ermənistan ATƏT-in Minsk Qrupu vasitəsilə sülh sazişinin bağlanmasına dair Azərbaycanın təklifinə cavab verib”.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı deyib.

“Azərbaycan martın 10-u Ermənistana 5 bənddən ibarət təklif təqdim edib. Martın 14-ü biz buna Minsk Qrupu vasitəsilə yazılı şəkildə cavab verdik”, - deyə Paşinyan söyləyib.

Vumart və Güvən reklamı Vumart Güvən