Ceyhun Bayramov İsrailə başsağlığı verdi

 14:36 08.04.2022     243

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailə başsağlığı verib.

Redaktor.az xəbər verir ki, nazir başsağlığını aprelin 8-də Bakıda İsrail-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri, İsrailin turizm naziri Yoel Razvozov ilə görüşdə çatıdırb.

C.Bayramov dünən Tel-Əvivdə baş vermiş terror aktı ilə bağlı başsağlığı verib, terrordan əziyyət çəkən ölkə kimi Azərbaycanın terrorçuluğun bütün forma və təzahürlərini qətiyyətlə qınadığını bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən