Milli Məclisin iclasının vaxtı və gündəliyi AÇIQLANDI

 13:57 09.04.2022     517

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb.

Redaktor.az xəbər verir ki, parlamentin növbəti toplantısı aprelin 12-də keçiriləcək.

İclasın gündəliyinə 4 məsələnin müzakirəsi daxil edilib:

- “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsi.

- “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi (ikinci oxunuş).

- Cinayət Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş).

- Cinayət Məcəlləsində və “Valyuta tənzimi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

Vumart və Güvən reklamı Vumart Güvən