Lavrovdan Azərbaycan və Ermənistan üzrə xüsusi nümayəndə TƏYİNATI
ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri, xüsusi tapşırıqlar üzrə səfir İqor Xovayev bundan sonra Rusiya xarici işlər nazirinin Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi kimi fəaliyyət göstərəcək. Onu bu vəzifəyə Rusiya xarici işlər naziri Sergey Lavrov təyin edib.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın şərhində deyilir.
“Xüsusi tapşırıqlar üzrə səfir İqor Xovayev öz işini yeni vəzifədə davam etdirəcək. O, diqqətini Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin hazırlanmasına yönəldəcək. Biz Bakı və İrəvandakı müttəfiqlərimiz və tərəfdaşlarımızdan Xovayevin səylərinə dəstək verilməsinə ümid edirik”, - Zaxarova qeyd edib.












