“Rusiya Bakı ilə İrəvanın sülh müqaviləsi bağlamasına yardım etməkdə qətiyyətlidir” - Zaxarova

 21:45 14.04.2022     287

Rusiya Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasına yardım etməkdə qərarlıdır.

Redaktor.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib

"Daha əvvəl qeyd etdiyimiz kimi, Bakının təklif etdiyi “Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulmasının əsas prinsipləri” və İrəvanın onlara reaksiyası sülh müqaviləsi üzrə Azərbaycan-Ermənistan danışıqlarının başlanması üçün əsas olduğuna dəlalət edir. Bu mövzu bu il aprelin 9-da Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışıqlarında, eləcə də bir gün əvvəl Sergey Lavrovun Moskvada erməni həmkarı Ararat Mirzoyan ilə danışıqlarda və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığında müzakirə olunub. Rusiya Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasına yardım etməkdə qərarlıdır", - deyə Zaxarova vurğulayıb.

Vumart və Güvən reklamı Vumart Güvən