Siyavuş Novruzov ABŞ-ı zorakılıqda ittiham etdi

 11:23 15.04.2022     308

“Dövlət Departamentinin hesabatında Azərbaycanda internet azadlığını olmamasını qeyd edirlər. Amma ABŞ-da seçki dövründə Trampın sosial şəbəkə hesablarını bağladılar”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov bildirib.

O, deyib ki, Donald Trampın fikirlərini çatdırmasının qarşısını almaq üçün bunu etdilər.

“Azərbaycanda sərbəst toplaşma azadlığına irad bildirirlər. Özlərində hansı toplantıya icazə verilib? Seçki dövründə Trampın tərəfdarları bu azadlıq hüququndan istifadə edib toplaşmırdı?! Polis zorakılığından danışırlar. Ən böyük polis zorakılığı ABŞ-ın özündədir. Qara dərililərə qarşı hansı zorakılıqlar edilir, görülür. Türmələrdə vəziyyətə irad bildirirlər. Quatanamo həbsxanasında olan işgəncələr heç keçmiş Monqolustanda edilməyib”, - deyə Siyavuş Novruzov qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən