““Park Bulvar”ın əməkdaşları çox məsuliyyətsizlik göstəriblər” – Məlahət İbrahimqızı

 17:03 18.04.2022     530

“Azərbaycan dövləti güclü bir dövlətdir. Dövlətimizin də hədsiz güclü hüquq-mühafizə orqanları var. Bu gün Azəbaycan dünyada müzəffər bir dövlət kimi tanınır. Azərbaycan xalqı dünya erməniliyi üzərində qələbə qazanıb. Ona görə hansısa blogerin və ya sosial şəbəkə fəalının ölkəmizdə nəsə bir təhlükə törədəcəyi əsassızdır. Sadəcə onu demək istərdim ki, görüşdə karantin rejimi və qaydaları pozulub”.

Bu barədə Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı Rusiyada yaşayan yaşayan azərbaycanlı bloger Hüseyn Həsənovun Bakıdakı “Park Bulvar” Ticarət Mərkəzində fanatları ilə görüşü zamanı yaşanan hadisələrə münasibət bildirərkən deyib.

Milət vəkili qeyd edib ki, kimliyindən asılı olmadan hər kəs karantin qaydalarına əməl etməli idi:

“Əlbəttə, “Park Bulvar”ın əməkdaşları da bu məsələdə çox məsuliyyətsizlik göstəriblər. Onlar artan izdihamı görən kimi Ticarət Mərkəzini bağlamalı idilər və ancaq məhdud sayda insanın daxil olmasını təşkil etməli idilər. Həmvətimiz, tanınmış bloger Hüseyn Həsənovun həm də məşhur xeyriyyəçi olduğunu bilirik. Bu mənada onun karonavirus pandemiyasının məhdudlaşdırıcı karantin qaydalarının tətbiq edildiyi bir dövrdə qapalı məkanda xeyriyyəçilik etməsi düzgün deyil. Bu məsələ ilə bağlı kimin məsuliyyət daşıması müvafiq orqanlar tərəfindən müəyyən edilə bilər və onların vəzifəsidir. Sözsüz tutduğu statusdan və vəzifədən asılı olmayaraq, hər kəs karantin qaydalarına riayət etməlidir”.

Zərif ÜLVİQIZI

Vumart və Güvən reklamı Vumart Güvən