Azərbaycan XİN Bursadakı terroru pislədi

 16:49 20.04.2022     616

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin Bursa şəhərində törədilən terror aktını pisləyib.

Redaktor.az xəbər verir ki, bu barədə XİN-in tviter səhifəsində bildirilib.

"Qardaş Türkiyənin Bursa vilayətində baş verən terror hücumu nəticəsində həyatını itirən məmurun ailəsinə və yaxınlarına hüznlə başsağlığı veririk, yaralılara Allahdan şəfa diləyirik", - paylaşımda deyilir.

Qeyd edək ki, bu gün Bursada həbsxana gözətçilərinin olduğu avtobus partladılıb. Partlayış nəticəsində 1 nəfər həlak olub, daha 4 həbsxana işçisi yaralanıb.

Vumart və Güvən reklamı Vumart Güvən