Minsk Qrupunun işi iflic olub – Rusiya XİN

 21:53 21.04.2022     380

ATƏT-in Minsk Qrupunun ABŞ və Fransadan olan həmsədrləri Rusiyaya bu qurumun işini bərpa etməyə hazır olub-olmadıqları barədə siqnal göndərməyiblər.

Redaktor.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Bizə belə siqnallar daxil olmayıb. Biz onları gözləmirik”, - deyə Zaxarova bildirib.

XİN rəsmisi qeyd edib ki, ABŞ və Fransa Rusiyanın iştirakı ilə əməkdaşlıqdan imtina etməklə faktiki olaraq ATƏT-in Minsk Qrupunun üç həmsədrinin vaxtilə yaxşı əlaqələndirilmiş işini iflic ediblər.

Vumart və Güvən reklamı Vumart Güvən