"Azərbaycanla münasibətlərdəkı nailiyyətlərdən qürur duyulmalıdır" - Macarıstan səfiri

 22:44 27.04.2022     103

Azərbaycan və Macarıstan arasında diplomatik münasibətlərin inkişafında əldə olunan nailiyyətlərdən qürur duyulmalıdır.

Redaktor.az xəbər verir ki, bunu Macarıstanın Azərbaycan Respublikasındakı səfiri Viktor Szederkenyi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və Macarıstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgidə deyib.

Səfir Azərbaycan və Macarıstan arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığı məmnunluqla qeyd edib və iki ölkə arasında mövcud müqavilə-hüquq bazası, habelə hər iki ölkənin rəhbərliyi səviyyəsində təmasların bunu şərtləndirdiyini vurğulayıb.