Bayramovla Mirzoyanın görüş vaxtı və yeri AÇIQLANDI

 16:47 29.04.2022     350

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun mayın 13-də rusiyalı həmkarı Sergey Lavrov və ermənistanlı həmkarı Ararat Mirzoyanla üçtərəfli görüşü baş tuta bilər.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, görüşün MDB XİN başçılarının Tackistanın paytaxtı Düşənbədə keçiriləcək iclası çərçivəsində baş tutması ehtimal olunur.

Qeyd edək ki, bu gün S.Lavrovla A.Mirzoyan arasında telefon danışığı olub. Tərəflər sərhədlərin demarkasiyası və delimitasiyası üzrə üçtərəfli komissiyanın fəaliyyətini müzakirə ediblər.