Azərbaycan XİN Polşanı təbrik etdi

 14:21 03.05.2022     394

Azərbaycanın Xarici İşlər Nazirliyi Polşanı Milli Gün münasibətilə təbrik edib.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in tviter səhifəsində paylaşım edilib.

“Polşa Respublikasının Milli Günü münasibətilə Polşa hökumətinə və xalqına ən xoş arzularımızı, səmimi təbriklərimizi çatdırırıq. Milli Günün mübarək, Polşa!”, - paylaşımda deyilir.