Ukrayna səfiri Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO

 15:10 10.05.2022     518

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Fəxri Xiyabanı ziyarət edib.

Redaktor.az səfirin tviter səhifəsinə istinadən xəbər verir ki, o, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyub.

“Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür. Onun xatirəsini ehtiramla yad edərək, Ukrayna ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmlənməsinə və genişlənməsinə yönəlmiş fəaliyyətini ehtiramla anırıq!”, - səfir yazıb.

Vumart və Güvən reklamı Vumart Güvən