"Heydər Əliyev sanki Azərbaycanın ağrılı problemlərini həll etmək üçün bu dünyaya gəlmişdi"

"Heydər Əliyev təkcə Azərbaycanın dahi şəxsiyyəti deyildi".
Bu sözləri Redaktor.az-a Milli Məclisin deputatı Aydın Mirzəzadə ümummilli lider Heydər Əliyevin Azərbaycan üçün gördüyü işlərdən danışarkən söyləyib.
“Heydər Əliyevin gördüyü işlərin hər biri Azərbaycan üçün əhəmiyyətli idi. O sanki Azərbaycanın ağrılı problemlərini həll etmək, Azərbaycanın adını yüksəltmək, Azərbaycanın gələcəyə uzanacaq yolunu müəyyənləşdirmək üçün bu dünyaya gəlmişdi. Heydər Əliyev nəinki Azərbaycanın, bəşəriyyətin ən dahi şəxslərindən biri hesab edilə bilər”, - deyə deputat bildirib.
Zərif Ülviqızı