Ukraynaya növbəti humanitar yardım GÖNDƏRİLDİ

Ukraynanın Dnepr şəhəri Azərbaycandan 20 ton humanitar yardım alıb.
Redaktor.az xəbər verir ki, bu barədə Dnepr meri Boris Filatov bildirib.
Məlumata görə, humanitar yardımda uzunmüddətli saxlanma üçün qida və dərmanlar var.
"Biz bu köməyə görə səfirliyə və Azərbaycan xalqına səmimi təşəkkürümüzü bildiririk. Burada yarmalar, konservlər, yağlar, unlar və tez xarab olmayan bir çox başqa məhsullar var. Bundan əlavə, səfirlik bizə tibbi ləvazimatlar da göndərib", - "Milli Müdafiə Fondu”nun sədri Natalya Kostyuçenko bildirib.