Ceyhun Bayramov Lavrovla görüşdü - FOTO

 16:30 12.05.2022     245

Azərbaycan Xarici İşlər Nazirliyi nazir Ceyhun Bayramov və rusiyalı həmkarı Serqey Lavrovun görüşü barədə məlumat yayıb. 

Redaktor.az xəbər verir ki, məlumatda deyilir: 

"Düşənbə şəhərində, MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirakı çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Rusiya xarici işlər naziri Serqey Lavrov ilə görüşü baş tutub.

Nazirlər, iki ölkə arasında münasibətlərin müxtəlif istiqamətlər üzrə inkişafı məsələlərini müzakirə ediblər.

Bölgədəki cari vəziyyət ətrafında fikir mübadiləsi aparan tərəflər, sülh və təhlükəsizliyin təmin olunması üçün imzalanmış üçtərəfli bəyanatların tam icrasının vacibliyini bir daha vurğulayıblar. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində addımların atılmasının əhəmiyyəti qeyd edilib.

Tərəflər, həmçinin regional və beynəlxalq təhlükəsizlik gündəliyinə daxil olan məsələlər ətrafında fikir mübadiləsi aparıblar".

***

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş olub. 

Redaktor.az xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova teleqramda yazıb.

Görüş Tacikistanın paytaxtı Düşənbədə MDB XİN başçıları Şurasının iclası çərçivəsində baş tutub.

222