"Türkiyənin imperializmə qarşı mübarizəsi Qarabağda özünü göstərdi" - Ərdoğan

 16:49 14.05.2022     322

“Türkiyənin imperializmə qarşı mübarizəsi Qarabağda, Liviyada, Qabarda, Cudidə özünü göstərdi”.

Redaktor.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rizə şəhərində Rize-Artvin Hava Limanının açılış mərasimində çıxışı zamanı deyib.

“Türkiyənin demokratiya və inkişaf yolu 2 əsrlik bir uğur hekayəsidir. Bu, özündə imperealist güclərə qarşı mübarizəni ehtiva edir. Bunu Qarabağda, Liviyada, Qabarda, Cudidə terror təşkilatlarına qarşı mübarizə zamanı təsdiqlədik”, - o söyləyib.

Vumart və Güvən reklamı Vumart Güvən