İsrailli nazir Azərbaycana gələcək

 15:58 16.05.2022     2193

İsrailin kənd təsərrüfatı naziri Oded Forer bu həftə Azərbaycana səfər edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyindən bildirilib.

Məlumata görə, səfər çərçivəsində israilli nazirin azərbaycanlı həmkarı İnam Kərimov və iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşləri planlaşdırılır.

Bundan başqa, Azərbaycan-İsrail bzines forumunun keçirilməsi nəzərdə tutulur.

O.Forerin nümayəndə heyəti ilə birgə kənd təsərrüfatı sərgisinə, aqrar mərkəzə baş çəkəcəyi, Azərbaycan biznes nümayəndələri ilə görüşəcəyi gözlənilir.

Vumart və Güvən reklamı Vumart Güvən