ATƏT Brüssel görüşünü alqışladı

 15:06 23.05.2022     275

“Biz Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında keçirilən görüşü alqışlayırıq”.

Redaktor.az xəbər verir ki, bu barədə Polşanın ATƏT-ə sədrliyinin rəsmi tviter hesabında qeyd olunub.

“Birbaşa dialoq münasibətlərin normallaşması və hərtərəfli sülh sazişinin hazırlanması üçün ilkin şərtdir. Biz Cənubi Qafqaz üçün dinc, demokratik və firavan gələcək təmin etmək üçün səylərə töhfə verməyə hazırıq”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olub.