Almaniya səfiri Şuşadan paylaşım etdi
Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq Şuşaya gedib.
Redaktor.az xəbər verir ki, bu barədə diplomat "Twitter"də bildirib.
Səfir Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevlə sülh və barışıq üçün məcburi köçkünlərin qayıdışı prosesini müzakirə etdiyini vurğulayıb.












