Rəşad Nəbiyev Estoniya parlamentinin sədri ilə görüşdü

 21:08 23.05.2022     386

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə rəsmi səfərdə olan Estoniya parlamentinin sədri Yuri Ratasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Redaktor.az xəbər verir ki, nazirliyin məlumatına görə, görüşdə iki ölkə arasında kibertəhlükəsizlik, informasiya texnologiyaları və dəmir yolu sahələrində potensial əməkdaşlıq məsələləri müzakirə olunub.

Vumart və Güvən reklamı Vumart Güvən