"İran Ermənistanı özünə dost ölkə hesab edir" - İbrahim Rəisi

 12:55 02.06.2022     348

İran Prezidenti İbrahim Rəisi Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb.

Redaktor.az xəbər verir ki, Rəisi İranın Ermənistan və Azərbaycan arasında aparılan sülh danışıqlarında irəliləyişləri dəstəklədiyini bildirib.

O qeyd edib ki, İran problemlərin region ölkələrinin əməkdaşlığı, qarşılıqlı hörmət və müştərək mənafeyinə uyğun həll olunmasına tərəfdardır.

Rəisi vurğulayıb ki, İran Ermənistanı özünə yaxın ölkə, dost ölkə hesab edir və Ermənistanla qonşuluğa önəm verir.

Nikol Paşinyan ölkəsinin İranla iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafında maraqlı olduğunu bildirib.

Paşinyan İran Prezidentini Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqları haqqında məlumatlandırıb. O, tez bir zamanda Tehranda “3+3” ölkələrinin iclasının keçirilməsinin zəruriliyinə toxunub.