Üçtərəfli İşçi Qrupun iclası keçiriləcək

 19:14 02.06.2022     373

İyunun 3-də Moskvada regional kommunikasiyaların açılması üzrə Üçtərəfli İşçi Qrupun iclası keçiriləcək.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanın ofisindən "news.am"a bildirilib.

Qeyd edək ki, Ermənistan, Azərbaycan və Rusiya baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə yaradılan işçi qrup sonuncu dəfə 2021-ci ilin dekabrında görüşüb.