Küveyt əmiri İlham Əliyevə məktub yazdı

 15:43 03.06.2022     298

Küveyt Dövlətinin Əmiri Nəvaf əl-Əhməd əl-Cabir əl-Sabah Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Redaktor.az-ın məlumatına görə, məktubda deyilir:

"Zati-aliləri.

Dost ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Fürsətdən istifadə edərək, dost ölkələrimiz və xalqlarımız arasında mövcud olan sıx əlaqələrin bundan sonra da inkişaf etməsini arzulayıram.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan Respublikasına və onun dost xalqına isə davamlı tərəqqi və rifah diləyirəm".

Vumart və Güvən reklamı Vumart Güvən