Milli Məclisin komitələri Şuşada toplaşacaq

 11:25 06.06.2022     276

Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində Şuşa şəhərində komitələrin birgə iclası keçiriləcək.

Redaktor.az xəbər verir ki, iyunun 11-də Şuşa şəhərində parlamentin Aqrar siyasət və Regional məsələlər komitəsinin birgə toplantısı baş tutacaq.

Toplantının gündəliyi barədə yaxın günlərdə məlumat veriləcək (trend).