Monqolustan prezidenti İlham Əliyevi ölkəsinə dəvət etdi

 17:37 06.06.2022     369

Monqolustanın Prezidenti Xürelsüx Uxnaaqiyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Redaktor.az-ın məlumatına görə, təbrik məktubunda deyilir:

"Zati-aliləri cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.

Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd etmək çox xoşdur. Dostluq əlaqələrimiz və əməkdaşlığımız səmərəli şəkildə genişlənir.

Bundan əlavə, ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına daha çox səy göstərməyə hazır olduğumuzu bir daha bildirirəm.

Ümidvaram ki, Zati-aliniz üçün münasib vaxtda Monqolustana səfər edəcəksiniz.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və səadət, dost Azərbaycan xalqına firavanlıq arzu edirəm".