Hikmət Hacıyev Ağ Evdə Baydenin müşaviri ilə müzakirələr apardı - FOTO

 09:00 07.06.2022     587

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev tviter hesabında yazıb.

“Bu gün Ağ Evdə ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla Azərbaycan-ABŞ tərəfdaşlığı və regional məsələlərlə bağlı səmərəli və mehriban söhbətim oldu”, - deyə prezidentin köməkçisi bildirib.