Rəsmi Bakıdan İrana başsağlığı

 12:33 08.06.2022     297

İranda sərnişin qatarının relsdən çıxması nəticəsində insan ölümü ilə nəticələnən qəza xəbəri bizi çox kədərləndirdi.

Redaktor.az-ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter“ səhifəsində bildirilib.

“Qəza nəticəsində həlak olanların yaxınlarına və ailələrinə, İran xalqına dərin hüznlə başsağlığı verir, yaralılara Allahdan şəfa diləyirik”, - qeyd olunub.

Xatırladaq ki, Məşhəd-Yəzd istiqamətində hərəkət edən qatarın qəzaya uğraması nəticəsində 17 nəfər ölüb, 50 nəfər yaralanıb.