"Hikmət Hacıyevin ABŞ-a səfəri mühüm əhəmiyyət kəsb edir" - Səfir

 10:39 09.06.2022     236

“Rəsmi Vaşinqton Brüsselin Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması prosesinə yardımını dəstəkləyir”.

Redaktor.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger brifinqdə deyib.

“ABŞ Cənubi Qafqaz regionunu firavan görmək istəyir. Həmçinin regionun bütün ölkələri arasında kommunikasiyaların açılması çox vacibdir”, - o bildirib.

Səfir qeyd edib ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin ABŞ-a səfəri mühüm əhəmiyyət kəsb edib:

“Səfər zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin nizamlanmasında ABŞ-ın oynadığı rol müzakirə olunub”.

Xatırladaq ki, Hikmət Hacıyev bu həftə ABŞ-a səfər edib və orada rəsmi şəxslərlə, o cümlədən ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla bir sıra görüşlər keçirib (report).