Rəsmi Bakıdan Lavrovun Fərrux kəndi açıqlamasına REAKSİYA

 17:09 09.06.2022     793

"Qeyd etmək istərdik ki, Azərbaycan və Ermənistan tərəfindən təsis edilmiş delimitasiya komissiyalarının fəaliyyəti əvvəlcədən nəzərdə tutulduğu kimi məhz iki ölkənin dövlət sərhədinin delimitasiyası məqsədini güdür".

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

"Bu proses çərçivəsində Azərbaycan-Ermənistan dövlət sərhədindən kənar hər hansı bir məsələyə, o cümlədən Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərlə bağlı məsələyə baxılması nəzərdə tutulmur", - XİN sözçüsü vurğulayıb.

Qeyd edək ki, İrəvanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi görüşün yekunlarına dair keçirilən mətbuat konfransında bildirib ki, Rusiya hərbçiləri Qarabağda Fərrux yaşayış məntəqəsi ətrafında vəziyyəti prioritet olaraq nəzərdən keçirir.

“Vəziyyətə gəldikdə, rusiyalı hərbçilər və bizim erməni dostlarımız bu barədə yaxşı məlumatlıdır, bunu öz prioritetlərindən biri kimi saxlayır. Bu vəziyyətin deeskalasiyası baxımından “yerdə” müəyyən nəticələr var. Bizdə anlayış var ki, delimitasiya ilə bağlı artıq başlayan predmetli iş çərçivəsində bu məsələlərə baxılacaq və mütləq həll olunacaq”, - deyə Lavrov vurğulayıb.

T.İSMAYIL