BMT Baş Assambleyasının prezidenti Azərbaycana gəlir

 10:17 10.06.2022     97

BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti Abdulla Şahid Azərbaycan xarici işlər nazirinin dəvəti ilə iyunun 12-dən 13-dək Azərbaycanda rəsmi səfərdə olacaq.

Redaktor.az-ın məlumatına görə, BMT-nin Azərbaycan nümayəndəliyindən bildirilib ki, prezident Şahid iyunun 13-də Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

Baş Assambleya prezidentinin Milli Məclisin sədri Sahibə Qafarova ilə də görüşü gözlənilir.

Elə həmin gün Abdulla Şahid ADA Universitetində gənclər və müəllimlərlə görüş keçirəcək.

Azərbaycana səfəri zamanı Baş Assambleya prezidenti rezident əlaqələndirici Vladanka Andreevanın rəhbərlik etdiyi BMT-nin Ölkə üzrə İdarə Heyətinin üzvləri ilə də görüşəcək.

Abdulla Şahidi Baş Assambleya Prezidenti Ofisinin (BAPO) dörd əməkdaşı müşayiət edəcək. Səfər xərclərini BAPO-nun Etimad Fondu və Azərbaycan Hökuməti qarşılayacaq.